azia.az
azia.az

Azərbaycanda bu südün 1 litri 100 manata satılır - VİDEO

17-06-2022, 07:48


Südü ətindən baha olan dəvələr...
Azərbaycanda bu südün 1 litri 100 manata satılır - VİDEO
Axundovlar ailəsi Bakının Maştağa kəndində belə bir təsərrüfatla məşğul olurlar.

Təsərrüfat sahibi Firdovsi Axundov deyir ki, dəvənin südü ətindən baha satılır. Belə ki, dəvə ətinin 1 kiloqramı 17 manat olduğu halda, südünün qiyməti 80-100 manat arası dəyişir. Buradakı ən ucuz heyvan 2500, ən bahalısı isə 10 min manatdır.

Firdovsi Axundovun təsərrüfatında həm xaricdən, həm də yerli bazardan gətirilən dəvələrə rast gəlmək olar.

Hazırda yuntökmə dövrünü yaşayan bu dəvələrə qulluq da böyük əmək və vəsait tələb edir. 1 dəvənin aylıq saxlanma xərci təxminən 100-150 manatdır. Firdovsi Axundov bildirir ki, bu heyvanı adətən qurban kəsmək üçün alırlar. Təsərrüfatındakı ən yaşlı dəvənin 50-yə yaxın yaşı var. Digər heyvanlardan fərqli olaraq dəvələr başından yox, ürəyindən kəsilir. “Kinli” ifadəsi ilə tanınan bu heyvanlar heç də həmişə aqressiv deyillər.

Firdovsi Axundov deyir ki, əti və südü ilə yanaşı, dəvənin yunundan da faydalana bilirlər. Onun sözlərinə görə, insanlar dəvə yununu daha çox bəd-nəzərdən qoruduğuna inandıqları üçün alırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi