azia.az
azia.az

Tbilisi-Bakı qatarında FACİƏ: 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

16-06-2022, 13:37

Tbilisi-Bakı qatarında FACİƏ: 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI
Tbilisi-Bakı qatarında FACİƏ: 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

29 noyabr 1987, Azərbaycan SSR.

Sovet İttifaqının bir parçası olan Azərbaycan da artıq yeni dövrə qədəm qoymuşdu. Erməni terrorçuların Tbilisi-Bakı avtobusunu partlatmasına hələ 2 il vardı. Belə bir vaxtda ölkə insan faktorundan qaynaqlanan dəmiryolu qəzası ilə silkələndi.


Təbii ki, o vaxt məsələ mətbuatda çox da işıqlandırılmadı. Lakin arxivlərdə çox şey gizlənir.

Lent.az sovet arxivlərində Böyük Kəsik stansiyasında baş vermiş qəzanın izlərini tapıb.

Beləliklə, soyuq bir noyabr gecəsi, saat 03.35.
10 sərnişin vaqonu qoşulmuş Tbilisi-Bakı poçt qatarı Böyük Kəsik stansiyasında işıqforun qırmızı işığında dayanır. Qısa müddət sonra maşinist aşağı sürətlə hərəkət edərək qarşıdakı yük qatarının 80 metrliyində dayanır.

Bu qatarın arxasınca Qardabani stansiyasından gələn Tbilisi-Bakı yük qatarının heyəti (maişinist Cioyev, köməkçi Bluaşvili) yuxulu olduğundan işıqfora və əqrəblərin vəziyyətinə məhəl qoymur. Qatar qırmızı, sonra isə sarı işıqda keçərək sərnişin vaqonlarına çırpılır. Svetoforu keçəndən sonra qatarın sürəti saatda 50 km idi.

Qəza nəticəsində yüzdən çox gənc həyatını itirir. Onlar SSRİ-nin müxtəlif hərbi hissələrinə paylanmaq üçün Biləcəriyə gətirilirdi.
Beləliklə, maşinistlərin yatması Azərbaycan torpağında 100 gürcü gəncinin həyatına son qoydu.

Tbilisi-Bakı qatarında FACİƏ: 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi