azia.az
azia.az

Şəkərin uşaq yaddaşına mənfi təsiri

16-06-2022, 07:19


Qərb alimləri tərəfindən aparılan araşdırma şəkərin uşaqların yaddaşına mənfi təsirləri haqqında bəzi faktlar üzə çıxarıb.

Bildirilir ki, mütəxəssislər laboratoriya siçanları üzərində təcrübə apararaq bu nəticəyə gəlib. Heyvanlar iki qrupa ayrılıb. Onlardan birinə mütəmadi olaraq şirin içki verilib.
Şəkərin uşaq yaddaşına mənfi təsiri
Daha sonra beyində yaddaşdan məsul olan hissəsi hipokampus funksiyasının pozulması diaqnozu qoyulub.

Buna, bağırsaqdakı parabakteroid bakteriyalarının sayının artması təsir edib.
Onları şəkər istehlak etməyən siçanların bədəninə daxil etdikdən sonra, onlarda da yaddaş pozulması göstəriciləri əmələ gəlib.

Tədqiqatçılar nəticələrin insanlar üçün oxşar olması haqqında əminliyini bildirib. Alimlər gələcəkdə, bağırsaqdan beyinə siqnal işləyən yolları daha yaxşı müəyyənləşdirmək üçün araşdırmalarına davam etmək niyyətindədir.

Bundan əvvəl ABŞ-ın Bioloji Araşdırmalar İnstitutunun alimləri, insan beyninin sinir hüceyrələrində, onları qocalma və zədələnmədən qoruyan özünün mexanizmlərini tapıb.

Bu yolla onlar, DNT kopyalamasında çatışmazlığını kompensasiya edir və bununla da ən uzun ömürlü hüceyrələr hesab edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi