azia.az
azia.az

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata... - VİDEO

14-06-2022, 12:50

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata... - VİDEO
Daha əvvəl “WhatsApp” messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik.
Azia.az-ın məlumatına görə, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib.



Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək.

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün.



Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək.

My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi