azia.az
azia.az

Həmsöhbətin “WhatsApp”dan sildiyi mesajların oxunma üsulu açıqlanıb

8-10-2020, 17:52

Həmsöhbətin “WhatsApp”dan sildiyi mesajların oxunma üsulu açıqlanıb

“WhatsApp”dakı həmsöhbətin mesaj yazdığı və sonra hər hansı bir səbəbdən sildiyi hallara tez-tez rast gəlinir. Nəyin silindiyini öyrənmək üçün xüsusi proqramlardan istifadə etmək olar.

“Azia.Az”ın məlumatına görə, bu barədə “Sinerqiya” Universitetinin İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Anton Averin danışıb.

Onun sözlərinə görə, silinmiş mesajları bərpa etmək üçün əksər proqramlar yalnız “Android” əməliyyat sistemi istifadəçiləri üçün quraşdırıla bilər. O, silinmiş mesajı oxumağa imkan verən populyar proqramlardan birinin “Notif log notification history” olduğunu vurğulayıb.

Averin tətbiqin düzgün işləməsi üçün proqramı smartfona qurduqdan sonra yardım proqramına bildiriş tarixçəsinə giriş verilməsini və “Click to enable” yazısını vurmasını, sonra isə müvafiq maddəni işarələməyi məsləhət görür.

O bildirib ki, tətbiq açılan zaman messencerdən gələn bütün mesajlar əsas səhifədə görünəcək.

“Silinmiş mətn haqqında məlumatların məhdud bir müddətə saxlanıldığını, həmin vaxt bitdikdən sonra tətbiqin əsas ekranından yox olacağını unutmamalıyıq”, - deyə mütəxəssis xəbərdarlıq edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi