azia.az
azia.az

Eldar Mahmudov Bakıda 180 mənzil kirayə verib - qiyməti 1500 manatdan başlayır

12-06-2022, 15:34

Eldar Mahmudov Bakıda 180 mənzil kirayə verib - qiyməti 1500 manatdan başlayır
“Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov sərbəst qaydada həyatını davam etdirir. Biznes fəaliyyəti ilə məşğuldur, paytaxtın mərkəzi bölgələrində 180 mənzili kirayə verib”.

Azia.az xəbər verir ki, bunu Gununsesi.info-ya sabiq MTN şefi Eldar Mahmudovun biznes strukturlarında çalışan şəxslərdən biri bildirib.

Onun sözlərinə görə, Mahmudovun kirayə verdiyi mənzillərin qiyməti 1500 manatdan başlayır.

Həmin mənzillər Mahmudovun ailə üzvləri və yaxın qohumlarının adınadır.

Bundan başqa sabiq nazirin Babək prospektində bir neçə maşın salonu və avtomobil ehtiyyat hissələrinin satışı mağazaları fəaliyyət göstəriri.

Mahmudovun Bakı kəndlərində villalar inşa etdirib, satdığını deyən mənbəmiz əlavə edib ki, sabiq nazirin yeganə qayğısı ölkədən çıxışına qoyulan məhdudiyyətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi