azia.az
azia.az

Azərbaycanın "iydə ətirli adasına" spritli içki gətirmək QADAĞANDIR - VİDEO

10-06-2022, 07:34

Azərbaycanın "iydə ətirli adasına" spritli içki gətirmək QADAĞANDIR - VİDEO
Ölkəmizin ən təmiz çimərliklərinin yerləşdiyi, nəqliyyatın pulsuz və spirtli içki gətirməyin qadağan olduğu ada haqqında məlumatınız varmı?

Ümumi ərazisi 11,4 kvadrat kilometr olan Çilov adası Abşeron yarımadasından 25 km, Bakı şəhərindən isə 100 km aralıda yerləşir.

Məlumata görə, uzunluğu 4,5 km, eni isə 3,3 km olan adanın ən hündür yeri 8 metrdir.

Azərbaycanın ən şərqində daimi yaşayış məntəqəsi olan Çilov adası Vatikandan 25 dəfə böyükdür.

Çilov adası:

Çilova "iydə ətirli ada" da deyirlər. Quraqlığa davamlı olduğu üçün adanın küçələri iydə və yasəmən ağaclarıyla doludur və hər tərəfdən gözəl iydə və yasəmən qoxusu gəlir.

Son onillikdə ümumilikdə 100 mindən çox zeytun, küknar, eldar şamı, əncir və digər həmşəyaşıl ağaclar əkilib, bu da adanı gözəlləşdirir və daha maraqlı edir.

Çilov sakit yerdir. Ancaq avtobuslar, idarə maşınları və bir neçə şəxsi avtomobil var. Cəmi bir polis var, onun da əksər vaxtı boş olur, yol polisi yoxdur. Adanın daxili qaydalarına görə, bura spirtli içki və narkotik vasitələr gətirmək olmaz, ancaq qəsəbənin dükanlarında spirtli içki satılır.

Əvvəllər qəsəbə sakinləri toylarını adada etsələr də, son illər Bakıda edirlər.

Adada gəzərkən adamın ruhu dincəlir. Sakit, təmiz, baxımlı küçələri, yaşıllıq, köhnə evlər, dənizin, qağayıların səsi və s.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi