azia.az
azia.az

Lavrov Türkiyədə bəyan etdi: “Əgər Ukrayna da razıdırsa…”

8-06-2022, 16:43

Lavrov Türkiyədə bəyan etdi: “Əgər Ukrayna da razıdırsa…”
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında çıxış edən həmkarı Sergey Lavrov bu ölkənin səylərinə böyük əhəmiyyət verdiyini deyib.

Rusiya XİN rəhbəri minatəmizləmə ilə bağlı açıqlama verib:


"Türk dostlarımızın səylərinə böyük əhəmiyyət veririk. Bu, çox vacibdir. Ukrayna tərəfi minalardan təmizləmə fəaliyyətinə hazırdırsa, biz də hazırıq.
Ukrayna limanlarından çıxan gəmilərin təhlükəsizliyi üzərində işləyə bilərik. Bunun üçün türkiyəli həmkarlarımızla əl-ələ verməyə hazırıq. İctimaiyyət hərbi əməliyyatlarımızın hədəflərini çox yaxşı bilir və biz bu hədəflərə çatacağıq".

Lavrov eyni zamanda: "ABŞ qeyri-qanuni olaraq bir sıra təşkilatları (Suriyada) qidalandırır. Türk dostlarımızın (Suriya) sərhədlərində xarici güclərin yaratdığı təhdidlərlə bağlı həssaslıqlarını nəzərə alırıq", - deyə bildirib.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi