azia.az
azia.az

Deputat həbsxanadakı insidentin təfərrüatlarını açıqladı: “Dustaqlardan biri…”

7-06-2022, 17:34

Deputat həbsxanadakı insidentin təfərrüatlarını açıqladı: “Dustaqlardan biri…”
Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insidentin baş verməsi barəsində məlumatlar yayılıb. Məhbuslarla penitensiar xidmət əməkdaşları arasında qarşıdurma zamanı Milli Məclisin deputatı Aqil Abbasın bacısı oğlu, ədliyyə mayoru Sunay Məmmədovun ağır xəsarət aldığı iddia olunur.

“SAVAŞ” xəbər verir ki, Milli Məclisin üzvü bu iddianı təkzib edib.

“Bunların hamısı “feyk” xəbərlərdir. Penistensiar Xidmətin rəhbərliyi ilə əlaqə saxlamışam. Belə bir insident olmayıb. Sadəcə, bir dustaqda telefon tapılıb, həmin dustaq da etiraz əlaməti olaraq özünə xəsarət yetirib. Vəssəlam!” – deyə Aqil Abbas “Yeni Sabah”a açıqlamasında vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi