azia.az
azia.az

Ən tənbəl bürclər – Kimləri işləməyə məcbur etmək qeyri-mümkündür?

6-05-2022, 06:25


İstirahət etməyi sevməyən insana rast gəlmək, yəqin ki, qeyri-mümkündür. Bəzi insanlar isə istirahət və tənbəllik arasındakı incə cizgini çox zaman müəyyənləşdirə bilmirlər. Onlar iş həyatlarında da bacardıqları qədər tənbəlliyə vaxt ayırmağa çalışırlar. Bu xüsusiyyət insanların hansı bürcün altında doğulduqları ilə müəyyən qədər bağlıdır.
Ən tənbəl bürclər – Kimləri işləməyə məcbur etmək qeyri-mümkündür?
Ən tənbəl bürclərin siyahısı:

1. Şir

Siz ehtiraslı və yaradıcısınız, bu da təbii olaraq ulduz olmaq üçün əla keyfiyyətlərdir. Siz diqqət mərkəzində olmaqdan həzz ala bilərsiniz, amma məqsədinizə çatmaq üçün lazım olan əməyi sərf etmək niyyətində deyilsiniz. Tənbəllik şir bürcünün rəsmi zəifliyi kimi qeyd olunur ki, bu da sizin ən tənbəl bürclər siyahısının ilk pilləsində yer almağınıza səbəb olub.

2. Dolça

Dolça bürcü, ən tənbəl bürclərdən biri olduğunuzu görəndə təəccüblənə bilərsiniz. Çünki dolçalar dünyada müsbət dəyişikliklərin olmasını bütün qəlbləri ilə işləyirlər. Elə bu bürcün nümayəndələrinin əsas problemi də düşüncələrini reallaşdırmaq üçün addım atmağa tənbəllik etmələridir. Onlar bunu darıxdırıcı və mənasız hesab edirlər.

3. Oxatan

Hətta yaşamağa məhkum olmaq fikrini xatırlamaq belə, yəqin ki, mədənizi bulandırır. Sərbəstliyinizi sevirsiniz, xüsusən də səyahət etməyi. Zəhmətkeş olmağın əsas tərəfi odur ki, siz ardıcıl olmalı, özünü göstərməli və bu işə sadiq qalmalısınız. Bunlara isə oxatanlarda nadirən rast gəlinir. Onların tənbəlliyi də məhz fikirlərinin dağınıqlığından və nələrsə bağlı qalmaq istəməmələrindən qaynaqlanır.

4. Buğa

Buğa, həyatda daha incə zövqünüz var və buna istirahət etmək də daxildir. Təmizkarlığa böyük diqqət yetirsəniz belə, bunu da ən az yorulacağınız metodlarla edirsiniz. Uzun müddət tələb edən davamlı işlər isə sizin üçün işgəncədir. Buğalar çətin işləri uzun müddətdə həll etməyi bacarsalar da, xırda işləri görməyə hər nə qədər vacib olsa belə, tənəzzül etmirlər.

5. Balıqlar

Balıqlar ağır işlərdən qaçmağa meyllisiniz, çünki bu xəyal dünyanıza qərq olmağınıza mane olur. Balıqlar öz işlərini digərlərinə etibar etməyi daha üstün tuturlar. Onların tənbəlliyinin bir digər örnəyi isə məsuliyyətlərini son dəqiqəyə qədər təxirə salmalarıdır.

6. Tərəzi

Əgər tərəzilər istirahət etməyə başlayıblarsa, onları hansısa işi görməyə məcbur etmək qeyri-mümkündür. İşlərini mümkün qədər tez başa vurub istirahətə başlamaq tərəzilərin əsas özəlliyidir. Onların tənbəlliyi praktiki çözümlər tapmaqlarına kömək edir. Lakin görəcəkləri iş onlardan ciddi enerji və vaxt tələb edərsə, tərəzilər həmin işdən mümkün qədər yayınmağa çalışırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi