Sirr saxlamağı bacarmayan hansı bürclərdir?
Astrologiya üzrə ekspertlər sirr saxlaya bilməyən və bacaran bürcləri açıqlayıblar.
Bizim.Media xəbər verir ki, sirr saxlamaq mövzusunda sözügedən bürclər il fərqinə görə də dəyişir. Yəni, sadalanan xüsusiyyətlər hamıya aid deyil.
Sirr saxlaya bilməyənlərin beşliyi:
Qoç
Onlar sirrlərə əhəmiyyət vermir. Məxfiliyi ciddiyə almırlar, impulsiv və partlayıcı təbiətlərinə görə başqalarının sirrini çəkinmədən açıq deyə bilirlər.
Əkizlər
Çox söhbətcildirlər. Ünsiyyət sevgiləri o qədər böyükdür ki, böyük bir sirr verdiklərinin fərqində belə olmaya bilərlər.
Qız
Qızlar yaxın adamların həyatına çox dərindən girməyə meyllidirlər. Bu bürcün nümayəndələri əmindirlər ki, onlar sizin üçün nəyin doğru olduğunu ən yaxşı bilənlərdir.
Əqrəb
Əqrəblər sirli və gizli olsalar da, sirlərin dəyərini bilsələr də, onlar üçün faydalı olan sirrinizi kənar insanlara çatdıra bilərlər. Buna görə Əqrəblərə həssas məsələləri və ya şəxsi məlumatları etibar etməyin.
Oxatan
Dürüst və sərtdirlər. Bu bürcün nümayəndələri insanlara yalnız həqiqəti söyləmək vərdişinə malikdirlər. Buna görə də, səmimiliyini sübut etmək üçün Oxatan sirrinizi deyə bilər. Ancaq dərhal peşman olacaqlar.
Elə bürclər var ki, onların da sirr saxlaması təmənnalı, yaxud hansısa şərtə bağlıdır:
Şir
Onlarla lovğalıq predmetinə çevirə biləcəyi sirrinizi bölüşməyin. Bu sirr ona kiməsə qalib gəlməyə də yardımçı olacaqsa, sizinlə olacaq. Lakin bu informasiyadan məqsədləri naminə istifadə edəcək.
Oğlaq
Ən kölgədə qalan sirləri də bilən adamlardır. Onunla bölüşdüyünüz nəyisə gizli saxlamasını istəyirsinizsə, Oğlaqlara sərf edən nəsə etməlisiniz. Maliyyə yardımı olsa, sirriniz heç vaxt açılmayacaq.
Tərəzi
Onlar yaxşı dostluq edirlər. Ancaq hansısa sirri açıb-açmamaq barədə tərəddüdləri olur. Dostları haqqında gülməli hekayələr yaymaqdan xoşbəxtdirlər və təbii ki, ən yaxşı niyyətlə. Onlarla çox ciddi sirri bölüşməyin. Amma ziyanverici deyillər.
Dolça
Dolçanın nəyisə gizli saxlamasını istəyirsinizsə, ona çox qeyri-adi bir şey söyləməlisiniz. Bütün digər hallarda, o, adi şeyləri sirr saxlamağa ehtiyac duyduğunuza güləcək. Danışdığınız adi söhbətdirsə, dostların görüşündə zarafat yolu ilə bu sirr açılacaq.
Sirr saxlaya bilənlər də var:
Buğa
Buğalar möhkəmdirlər, ancaq sirrləri onlara yalnız şərtlərinizi razılaşdırdıqdan sonra açın. Əks təqdirdə, Buğa bürcü danışdığınız mövzu ilə bağlı sizə ağıl qoyacaq, hətta zəhlənizi tökəcək. Buna görə bir sirri paylaşmazdan əvvəl ondan bu mövzuda ümumiyyətlə nə düşündüyünü soruşun.
Xərçəng
Xərçənglər sirri saxlamağı bilən dözümlü insanlardır. Ancaq onları kədərləndirmək istəmirsinizsə, qəmgin şeylər deməməyə çalışın. Baxmayaraq ki, Xərçənglər həmişə sizinlə çiyin-çiyinədirlər, kömək etmək üçün əllərindən gələni edəcəklər, onların həssas olduğunu unutmayın. Ümumiyyətlə, siz həmişə Xərçəngə arxalana bilərsiniz, çünki o, sizə rəğbət bəsləyirsə, ona dediklərini heç vaxt açıqlamaz.
Balıqlar
Sirr saxlamaqda Balıqlar üçün narahat olmağöa dəyməz. Çünki onlar çox vaxt sadəcə olaraq özlərinə əmanət edilən sirləri unudurlar. Lakin onlara deyilən məxfi məlumatları xatırlayırlarsa, bu əbədi sirr olaraq qalır. Axı, Balıqlar çox sirli varlıqlardır, ona görə də sirri olan insanlara xüsusi hərarətlə yanaşırlar.