azia.az
azia.az

Məmurların 80 faizi maaşla dolanmır... - FAKT BUDUR!

1-06-2022, 21:55

Məmurların 80 faizi maaşla dolanmır... - FAKT BUDUR!
Dünya bazarlarında neftin qiyməti davamlı olaraq artmaqdadır.

“Heartland İnvestisiya Xidməti”nin rəhbəri Eugene Graner isə bildirib ki, neftin qiyməti artdıqca, dizel yanacağının da qiymətini artırır.

Qeyd edək ki, son statistik rəqəmlərə görə, dünyada dizelin orta qiyməti 1 litr üçün 1,34 dollar təşkil edir.

Müxtəlif ölkələr arasında bu qiymətlərdə ciddi fərq var. ABŞ aşağı dizel qiymətləri ilə iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir. Ölkədə qiymət fərqləri dizel yanacağı üçün müxtəlif vergilər və subsidiyalarla bağlıdır. Bütün ölkələrin beynəlxalq bazarlarda eyni neft qiymətlərinə çıxışı var, lakin onlar fərqli vergilər tətbiq edirlər.

Nəticədə dizelin qiymətləri fərqlənir. Xatırladaq ki, ölkəmizdə ötən il yanvarın 1-dən dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilmişdi. Bu gün fermerlərə subsidiyalar verilir ki, onun da əksər hissəsini gübrə almaq üçün istifadə edə bilərlər.

Həmin vəsaitlə gübrəni keyfiyyətindən asılı olmayaraq ancaq əvvəlcədən müəyyən edilmiş yerlərdən almaq mümkündür. Hazırda fermerlər subsidiyalardan istədiyi kimi faydala bilmir, ayrılan subsidiyalar təyinatı üzrə xərclənmir, nəticədə məhsul istehsalı proqnoza uyğun gəlmir, kənd təsərrüfatı məhsulları isə bahalaşmaqda davam edir.

Nəticədə isə həmin subsidiyaların ciddi əhəmiyyət kəsb etmədiyi ortaya çıxır. Burada isə mümkün variant kimi vəsaitin birbaşa dizel yanacağına yönləndirilməsi daha əhəmiyyətlidir ki, bu da bahalaşmanın qarşısını almağa imkan verə bilər. Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bununla bağlı bildirib ki, dünyada neftin qiyməti bahalaşır və ümumilikdə Azərbaycan hökumətinin gəlirləri çoxalıb:

“Məsələn, bu gün "Azeri Light" (CIF) markalı neftin qiyməti 127,48 dollar təşkil edib. Demək, bizim gəlirlərimiz çoxalırsa, ölkə daxilində manevr etmək imkanları da artır. Dünyada neftin qiymətinin bahalaşması ilə benzinin və digər yanacaq növlərinin qiymətinin artması təbii haldır. Ancaq Azərbaycanın daxilində məsələ bir qədər fərqlidir. Nə qədər dünyada neftin qiyməti bahalaşırsa, Azərbaycan hökumətinin vətəndaşa yanacağı daha ucuz satmaq imkanı yaranır. Hesab edirəm ki, Azərbaycan hökuməti bu fürsətdən istifadə edib kənd təsərrüfatında yanacağın qiymətini ucuzlaşdırsa, bu, daha səmərəli üsul olar, nəinki müxtəlif mexanizmlərlə verilən subsidiyaların miqdarını artırmaq, yaxud natural şəkildə fermerlərə dizel yanacağı təklif etmək”.

Ekspertin fikrincə, mümkün mexanizmlərin hamısında korrupsiya, oğurluq mümkündür:

“Azərbaycan şəraitində də bu qaçılmazdır. Çünki Azərbaycanın dövlət məmurlarının hamısı aşağıdan yuxarıya korrupsiya ilə məşğuldur. Məmurlar korrupsiya ilə məşğul olan, öz qazancını korrupsiyadan çıxaran insanlardır. Bu gün hamıya aydındır ki, dövlət məmurlarının 70-80 faizi maaşla dolanmır. Çünki maaşla o qədər varidat əldə edə bilməzlər. Həmin gəliri dövlət büdcəsindən oğurluqla əldə edirlər. Azərbaycan hökuməti indiki şəraitdə dizel yanacağını 50 faiz ucuzlaşdırmalıdır. Digər tərəfdən, fermerlərə dəstək mexanizmini daha da təkmilləşdirilməlidir. Elə mexanizm düşünülməlidir ki, subsidiya kimi verilən vəsait, bütün məbləğ nağd şəkildə kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan fermerin birbaşa öz əlinə gedib çatsın”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi