azia.az
azia.az

Cəlilabadda narazılıq yaradan məmurlar kimlərdir? - GİLEY

31-05-2022, 09:21

Cəlilabadda narazılıq yaradan məmurlar kimlərdir? - GİLEY
Respublika meşələri günü-gündən qırılıb tüənməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yalandan verdiyi saxta statiskalara görə, guya ölkəmizin 12%-ə yaxını meşə örtülü sahədir, amma bu heç də belə deyil, əsl həqiqətdə heç 8%-belə meşə ilə örtülü sahə qalmayıb.

Meşələrimizin doluluq faizi son illər çox aşağı düşüb və hətta sputnikdən çəkilmiş fotoşəkillər bunu deməyə tam əsas verir. Yəni, meşələrimiz də çox seyrəlmə vardır.
Pul yemək xətrinə yalandan əkin və aqrobağları salırlar. Əgər biz dövriyyədə olan əkin və aqrobağları yoxlasaq görəcəyik ki, onların 80%-i faktiki mövcud deil və bu rəqəmlər sadəcə saxta sənədlər üzərindədir.




Təkcə Masallı rayon ərazisində 150-ə yaxın mebel sexləri vardır ki, bu gün ki, gün o sexlərin əksəriyyəti yerli meşə materialları ilə işləyir.
Yaxşı bu meşə mafiyasının başında duran hansı "dayısı qoçaq" məmurdur?
Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən belə məlum olur ki, bu işin başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov durur.

Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlunun azerinfo.az -a verdiyi müsahibədə bildirilir ki,
Masallı Regional Meşə Təsərrüfatında olan meşə mafiyasını Ekologiya Nazirinin müavini Vüqar Kərimov himayə edir.
"Vüqar Kərimovun göstərişi ilə Cəlilabad meşələrində keçirilən yoxlamaların aktları gizlədilir və biz bunu dəfələrlə şahidi olmuşuq. Masalıı Regiinal Meşə Təsırrüfatı Mərkəzində
5.000 hektardan çox biçənək sahələri vardır ki, bu biçənək sahələrinin pulları yığılıb bir başa Vüqar müəllimin cibinə gedir. Hələ bu azmış kimi həmin biçənək sahələrinə meşələrimizin qiymətli ağacları olan yemişan ağacların də kəsib mühafizə çəpərləri çəkiblər.
Mən hətta bunları faktla bildirirəm və həmişə göstərməyə də hazıram. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşəbəyisi Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov meşələri məhv edib yaman günə qoyub, amma buna baxmayaraq Vüqar Kərimovun sayəsində bu iki cinayətkar məmur hələ də iş başındadır.",-deyə Nəhmətov Əli bildirib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi