Cəlilabadda Meşələrdən kəsilən ağacların (istər qırma sahəlırində olsun , istərsə də başqa) əksəriyyəti "işlik" material və ya "şpal" halına salınıb sexlərə daşınır. VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (pul yemək məqsədilə) yalandan meşələrdə aqrobağlar və digər meşə əkinlər salıb dövlət və xalqımızı aldadır. Əkilən əkinlərin 85% demək olar ki, baxımsızlığdan (mal-qara tapdağı altında qaldığı və xidmət olunmadığı üçün) məhv olur.
Ölkə ərazimizin guya 11%-ə yaxını meşə ilə örtülü sahədir , amma dəqiq yoxlanılsa, bu rəqəmlərin saxta olduğunun şahidi olacayıq . Çün ki, heç 9% belə meşə ilə örtülü sahə qalmayıb. Vüqar Kərimov kimi nazir müavini belə yalan və saxta statiskalar verməklə dövləti aldadır.
[media=http://https://www.youtube.com/watch?v=l0dU1nSUTrs]
Sağ olsun Ölkə Başçımız cənab İlham Əliyev ki, onun göstərişi və tapşırıq ilə Respublikamızın kəndlərin 90%-a yaxını demək olar ki, qazlaşdırlıb. Yaxşı sual olunur:
Kəndlərimizin 90% yaxını qazlaşdırıldığı halda, neçə olur ki, günü-gündən meşələrimiz qırılıb məhv olur (azalır). Orada olan qiymətli ağaclar (dəmir ağac, azat, fıstıq, vələs, göyrüş, şabalıdyarpaq palıd və s) görəsən hara daşınır?!
Yəgin bu sual hamını düşündürür.
Bildiyiniz kimi meşələrimizdə kəsilən ağacların (istər qırma sahəlırində olsun , istərsə də başqa) əksəriyyəti "işlik" material və ya "şpal" halına salınıb sexlərə daşınır.
Əsas sexlər Bakı, Masallı ərazisində 150-ə yaxın, Göyçay, Şəkmir, Şəki, Quba və s. Bu rayon ərazilrində olan sexlərin əksəriyyəti yerli meşə materialı ilə işləyir.
Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
azinfo.tv