azia.az
azia.az

Nazirlik ay yarım əvvəl yaranan şirkətə 172 min ayırdı - DETALLAR

4-05-2022, 17:43

Nazirlik ay yarım əvvəl yaranan şirkətə 172 min ayırdı - DETALLAR
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Delta 22 LT” MMC olub.
“Delta 22 LT” MMC 1 saylı Cəzaçəkmə Müəssisəsinin sifarişi əsasında bu quruma yumuşaq inventar satacaq və qarşılığında 172 min 454 manat 65 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Delta 22 LT” MMC cəmi 4 ay əvvəl – 27.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. 1 saylı Cəzaçəkmə Müəssisəsinin tender elanı mart ayının 13-də elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi ay yarım əvvəl yaranıb.
Onu da bildirək ki, “Delta 22 LT” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 172 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Şamxalov Nicat Rafiq oğludur.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında “Delta 22 LT” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda dövlət qeydiyyatına alınan “ Delta 22 LT ” MMC -nin qanuni təmsilçisi Şamxalov Nicat Rafiq oğlu eyni zamanda "SML 91 CORP" MMC-nin də rəhbəridir.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda qeydə alınan şirkətlər bunlar olub:


Nazirlik ay yarım əvvəl yaranan şirkətə 172 min ayırdı - DETALLAR
Nazirlik ay yarım əvvəl yaranan şirkətə 172 min ayırdı - DETALLAR

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi