Erkin Qədirli hakimlərin seçilməsi üzrə AŞPA komitəsinə üzv təyin edildi
Milli Məclisin deputatı Erkin Qədirli Avropa Məhkəməsi üçün hakimlərin seçilməsi üzrə Avropa Şurası Parlament Assambleyası (AŞPA) komitəsinə üzv təyin olunub.
E-huquq.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.
İ.Məmmədov qeyd edib ki, E.Qədirlinin namizədliyini Avropa Mühafizəkarlar fraksiyası irəli sürmüşdü: “22 nəfərlik komitə AŞPA-nın yeganə komitəsidir ki, orada üzvlük üçün siyasi mənsubiyyətdən başqa yüksək peşəkarlıq da tələb olunur”.