azia.az
azia.az

İrəvanda keçirilən mitinqdə Azərbaycan və Türkiyə bayraqları yandırılıb - VİDEO

24-04-2022, 07:56


İrəvanda keçirilən mitinqdə Azərbaycan və Türkiyə bayraqları yandırılıb - VİDEO

İrəvanda keçirilən mitinqdə Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənilər İrəvanın mərkəzində öz gələcəklərini xüsusi vəhşiliklə yandırdılar.
Ermənistanın revanşist meyilləri ancaq özünə böyük bir zərbə vura bilər. Müharibədə məğlub olan Ermənistanda bəzi qüvvələr Türkiyə və Azərbaycana böyük kin aşılamağa çalışır. İki qardaş ölkənin bayraqlarına qarşı edilmiş hörmətsizlik əslində Ermənistanın özünün imicinə bir zərbədir.

Ermənistanda Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Hadisə dünən İrəvanda keçirilən mitinqdə baş verib.

Əvvəlcədən meydana gətirilən Türkiyə və Azərbaycan bayraqları müxtəlif şüarlar səsləndirildikdən sonra yandırılıb.

Döyüş meydanından qaçan erməni gəncləri indi meydanlarda bayraq yandırmaqla intiqam aldıqlarını zənn edirlər.

Siyasi məsələlər üzrə ekspert Sultan Zahidovun sözlərinə görə,Ermənistanın revanşist görüntü yaratması onun bərbad vəziyyətdə olan beynəlxalq imicini də məhv edir.Populist çıxışlar ölkəni necə məhvə apardığının hər kəs şahidi oldu.İndiki dövrdə atılan belə addımlar isə Ermənistanın vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

Siyasi hərcmərcliyin hökm sürdüyü Ermənistanda vətəndaşlar fikir ayrılığı içərisindədir..Ekspertlər hesab edir ki,ordusu darmadağın olan ,texnikası məhv edilən və siyasi çəkişmələrdən qurtula bilməyən bir ölkədə bu cür hallar davam edərsə rəsmi irəvan daha pis nəticələrlə üzləşəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi