azia.az
azia.az

“Sahil Babayevdən tək Şahbaz Quliyev deyil, bütün pensiya yaşına çatanlar, əlilliyi olanlar şikayətçidir” - Partiya sədri

1-04-2022, 18:12

“Sahil Babayevdən tək Şahbaz Quliyev deyil, bütün pensiya yaşına çatanlar, əlilliyi olanlar şikayətçidir” - Partiya sədriErmənistanda 7 il əsir həyatı yaşamış Şahbaz Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən şikayətçidir. Şahbaz Quliyev İlham Əliyevin sürdüyü dövlət siyasətindən razı olduğunu vurğulayıb. Lakin onu dövlətdən narazı salan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun qarşısında irəli sürdüyü qanunsuz tələbləridir. O, hazırda pensiya ala bilməməsindən və işsiz qalmasından şikayətlənir. Şahbaz Quliyev iddia edir ki, o, nə veteranlıq, nə əlillik, nə də pensiya ala bilmir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ondan 10 il iş stajı tələb edir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı vurğuladı ki, ümumiyyətlə, nazir Sahil Babayevlə bağlı uzun illər əsirlikdə qalan Şahbaz bəy deyil, demək olar ki, bütün pensiya yaşına çatanlar, əlilliyi olan insanlar şikayətçidir:

“Biz dəfələrlə bu mövzular barədə ətraflı müsahibələrə vermişik, danışmışıq. Amma görünən odur ki, Sahib Babayev bütün bu məsələləri göz ardına edir, qulaq ardına vurur, eşitmək istəmir. Hətta, ömrünün 7 ilini əsirlikdə keçirən adamdan iş stajı tələb edir. Ümumiyyətlə, əsirlik məsələsinə konkret gəldikdə, əslində dövlət onu əsirlikdən, girovluqdan xilas etməli idi. Bu, dövlətin birmənada suçu idi ki, öz vətəndaşını əsirlikdən xilas edə bilmirdi. Və ona görə də, onun pensiya, təqaüd, ödənişlər məsələsinə istisna hal kimi yanaşılmalıdır. Ondan adi vətəndaşlardan olduğu kimi, hər şey tələb edilməməlidir deyə düşünürəm.

Ona görə də, tək Şahbaz bəylə bağlı istisna gözləmək olar. Amma digər məsələlərə gəlincə, bu gün Azərbaycan iqtidarında ən çox narazı olduğu bir nömrəli nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazir də Sahil Babayevdir. Mən düşünürəm ki, hakimiyyət əgər xalq arasında öz reytinqini daha da düşməsini istəmirsə, yaxud da siyasi hakimiyyətlərini riskə atmaq istəmirlərsə, ümumiyyətlə Sahil Babayevin vəzifədə qalıb-qalması ilə bağlı düşünməlidir. Yəni, mən büdcəyə pul ödəyirm deməklə, amma o pullar sayəsində milyonlarla insanlar narazı salırsa, bu nazir demək səmərəli işləmir. Bu baxımdan da haqq verirəm bizim Şahbaz bəyə. Sahil Babayev əhalinin qəzəbinin ən çox olduğu nazirdir. İqtidarında mövqe itirməsinə ən çox xidmət edən nazirdir”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi