azia.az
azia.az

Mübariz Mənsimov gəmisinə Polad Həşimovun adını verdi - FOTO

28-03-2022, 14:32


"Palmali Holdinqə” məxsus gəmilərin adları dəyişdiriləcək, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva öz sosial hesabındakı paylaşımda bildirib.
Mübariz Mənsimov gəmisinə Polad Həşimovun adını verdi - FOTO

"Bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancacına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə ilk gəmi 30 martda yola salınacaq. Uzunluğu 140, eni 17 metr və 7 min 500 DWT daşınma qabiliyyətinə malik olan gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər".

Fidan Quliyeva onu da bildirib ki, bu qərarı Mübariz Mənsimov və "Palmali Holdingin” idarə heyəti qəbul edib.

Gülnar Nazimqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi