azia.az
azia.az

Azərbaycan bayrağının Fərrux kəndinə sancılmasının görüntüləri

28-03-2022, 08:09



Rusiya Müdafiə Nazirliyi ötən gün Qarabağdakı sülhməramlı əməliyyatlar zonasındakı vəziyyətə dair bülletenində Azərbaycan ordusunun “danışıqlardan sonra” guya Xocalı inzibati rayonunun Fərrux kəndi istiqamətindəki mövqelərindən çəkildiyi barədə iddiaların əksinə olaraq həmin kənddə Azərbaycan bayrağının qaldırılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Azərbaycan bayrağının Fərrux kəndinə sancılmasının görüntüləri
“Fərrux kəndini götürdük, bu da Azərbaycan bayrağı. Bayrağımızı ucaldırıq”,-kənddə bayrağımızı ucaldan hərbçilərimizdən biri kadr arxasından qürurla deyir.


Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi artıq sərt məzmunlu bəyanatla çıxış edərək Rusiya tərəfinin həmin bülletenində göstərilənləri təkzib edib.

Fərrux kəndi Azərbaycan ordusu tərəfindən qanunsuz erməni silahlı dəstələrinin həmin kənd ətrafındakı mövqelərdə Rusiya sülhməramlılarının himayəsi altında möhkəmlənmək cəhdlərinin qarşısı alınaraq martın 24-də nəzarət altına alınıb. Habelə ordumuz kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyində möhkəmlənib. Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi Xocalı rayonunun böyük hissəsinə vizual nəzarəti təmin etməyə imkan verir.




Daşbaşı yüksəkliyi və Fərrux kəndi ətrafındakı digər yüksəkliklər uğrunda 1-ci Qarabağ müharibəsində şiddətli döyüşlər getmişdi. Azərbaycan döyüşçüləri gah kəndin özünü, gah yüksəklikləri düşməndən azad etsə də orada möhkəmlənə bilməmişdi. Ağdam şəhəri həmin yüksəkliklərdən müntəzəm olaraq “Qrad” və artilleriya atəşləri altında saxlanılırdı.

virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi