azia.az
azia.az

Ermənilər Xocalıdan buna görə KÖÇÜRÜLÜRMÜŞ

16-03-2022, 15:06

Ermənilər Xocalıdan buna görə KÖÇÜRÜLÜRMÜŞ
Qarabağın sülhməramlıların nəzarətində olan hissəsindəki Xocalı rayonunun Pirlər (Xramort) kəndinin əhalisi köçürülüb.


Bu barədə qondarma rejim nümayəndələrinin məlumatına əsasən "Aysor” xəbər yayıb.

Məlumatda qeyd olunur ki, kənd əhalisinin bir hissəsi - uşaqlar, qocalar və yaşlılar kənddən çıxarılıb.

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlıları atəşkəsi pozmaqda davam edirlər. Onlar Xocalı rayonunun Pirlər və Fərrux kəndləri istiqamətindən mövqelərimizi atəşə tuturlar.

Ötən gün Xocalı rayonu Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinin bu cəhdinin qarşısı alınmışdı. /Yenisabah


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi