azia.az
azia.az

Naxçıvanda SÜPÜRGƏÇİ OVU... - NƏ BAŞ VERİR?

14-03-2022, 15:50

Naxçıvanda SÜPÜRGƏÇİ OVU... - NƏ BAŞ VERİR?
Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi məhkəmə qərarı ilə inzibati həbs olunub. Vasif Talıbova şikayətə getmiş təmizlikçiləri, polis elə Naxçıvan Ali Məclisi binasının qarşısındaca saxlayıb. Daha sonra onlar məhkəmə qarşısına çıxarılaraq, inzibati həbs olunublar.
İşçilərin həbs olunması xəbərini idarənin rəsmiləri də" Gündəlik Naxçıvan"a təsdiqləyib.
Saxlanılanlar arasında olan M. Abdulovun yaxınlarından birinin dediyinə görə, işçilər çalışdıqları idarədə üzləşdikləri haqsızlıqlara görə Ali Məclisə şikayətə gedibmişlər:
"Bu idarədə haqsızlıq baş alıb gedir. Şaxta demədən, qar-boran demədən hər gün şəhər küçələrini təmizləyən spürgəçilərin maaşlarına belə göz dikirlər. Onların maaşını yarıbayarı azaldıb, ciblərinə qoyurdular. Onlar da elə bilirmiş ki, Ali Məclisin sədri Vasif Talıbovun bundan xəbəri yoxdur. Sən demə işin başında elə o dururmuş. Ötən cümə günü bir qrup işçi gedib Ali Məclisə şikayətə. Orada onları dinləyib, tədbir görəcəklərini deyiblər. Lakin, qapıdan çıxan kimi polis gəlib hamısını tutub aparıb şöbəyə. Onlardan 7 nəfərini ictimai qaydanı pozma iddiası ilə məhkəməyə veriblər. Naxçıvan şəhər məhkəməsi də dərhal onlara 15 sutka verib".
Şikayətçinin dediyinə görə, qohumu da daxil, həbs olunanların taleyindən heç bir xəbər yoxdur:
" Həbs olunanlarla görüşə də icazə vermirlər. Biz narahatıq. Böyük ehtimal ki, onlara içəridə işgəncə verilir. İçəridə onlarla necə davranıldığından, onların harada saxlanılmasından xəbərimiz yoxdur. Sadəcə bizə deyiblər ki, 15 sutka həbs olunublar".
Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kadrlar şöbəsinin əməkdaşı Süsən Səfərova da işçilərin həbs olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, işçilər təxribata cəhd etdiklərinə görə cəzalandırılıblar:
"Bizə çatan məlumata görə, işçilər kütləvi şəkildə işi dayandırmaq, təxribat yaratmaq istəyiblər. Ona görə həbs olunublar".
Naxçıvanda SÜPÜRGƏÇİ OVU... - NƏ BAŞ VERİR?
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi