Manaf Ağayev və iş adamı 15 sutka həbs olund
Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.
Onların barələrində protokollar tərtib edilib.
Protokollar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub (APA).
Xatırladaq ki, "tender kralı" kimi tanınan iş adamı Sənan Hüseynov “MSDIS Holdıng”in prezidentidir.