azia.az
azia.az

Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin birgə proqramının növbəti Məzun Günü keçirilib

11-03-2022, 20:08

Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi (BANM) və ABŞ-ın Dyuk Universitetinin birgə təşkilatçılığı, eləcə də layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə həyata keçirilən “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın (“Project Management”) Məzun Günü keçirilib.
Məzunları təbrik edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi Ali Məktəb ingilisdilli mühəndis kadrlar yetişdirməklə yanaşı, beynəlxalq səviyyəli təlim və proqramlara da evsahibliyi edir: “Vaxtilə bu cür təlimlərdə iştirak etmək üçün insanlar xarici ölkələrə gedirdilər. Çox sevindirici haldır ki, artıq ölkəmizdə beynəlxalq stardartlara uyğun, yüksək səviyyəli təlim proqramları və layihələr həyata keçirilir. Bakı Ali Neft Məktəbinin belə təlimlərə təşkilatçılıq etməsi bizim üçün xüsusi qürurvericidir. Müxtəlif müəssisələrdən olan iştirakçılar 10 ay ərzində yüksək səviyyəli mütəxəssislərdən modul-dərsləri aldılar. Bu müddətdə iştirakçılar idarəetmə sahəsində bilik və bacarıqlar əldə etdilər. Artıq onlar çalışdıqları müəssisələrdə bu bilikləri tətbiq edəcəklər. Burada qazanılan biliklər karyeranın inkişafı üçün vacib və əhəmiyyətlidir”.
Dünyada proseslərin və texnologiyaların sürətlə inkişaf etdiyini vurğulayan SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında qeyd edib ki, insanlar hər zaman yeni bilik və bacarıqlara yiyələnməli, özlərini daim inkişaf etdirməlidirlər. “Müasir dövrdə biz rəqabət mühitində yaşayırıq. Belə şəraitdə öndə və rəqabətə davamlı olmaq üçün daim bilik və bacarıqlarımızı yeniləməliyik. Bu təlimdən əldə etdikləriniz sizə həyatınız boyu lazım olacaq. Belə bir layihəni həyata keçirdiyi üçün BANM-ə təşəkkür edirəm”, – deyə o əlavə edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rəşad Allahverdiyev, bp-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də məzunları təbrik edərək onlara iş həyatlarında uğurlar arzulayıb və “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın budəfəki proqramından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Amerika Ticarət Palatası, Bakı Ali Neft Məktəbi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR-PETROFAC MMC, Azərbaycan Respublikası Təhsil İnstitutu və bp-də müxtəlif rəhbər vəzifələrdə çalışan 20 iştirakçı məzun olub. 10 aylıq kurs müddətində iştirakçılara 8 modul – “Layihələrin idarəedilməsi”, “Xərclərə nəzarət”, “Risk menecment”, “Agile and lean”, “Layihədə liderlik, menecment və kommunikasiya”, “Kontrakt menecment”, “PMP imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıqların aparılma bacarığı” modulları üzrə təlim kursları keçirilib. Təlimlər beynəlxalq səviyyəli peşəkar müəllimlər tərəfindən aparılıb.
“Layihə İdarəetmə Məktəbinin” çox uğurlu fəaliyyətinin davamı olaraq proqram artıq akademik səviyyədən professional səviyyəyə qaldırılıb. Nəticədə məzunlar dünyanın ən güclü universitetlərindən biri olan Dyuk Universitetinin Professional layihə meneceri sertifikatını əldə ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib




Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib
Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin  birgə   proqramının növbəti Məzun Günü keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi