Xidmət tərəfindən baxılması nəzərdə tutulan işlərə dair məlumatlar ictimailəşdirilir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırmasını təmin etmək məqsədilə kompleks tədbirlərini davam etdirir. Bu gündən Dövlət Xidmətinin rəsmi internet səhifəsində Xidmət tərəfindən baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərin cədvəli yerləşdirilib.
Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli
İstənilən şəxs keçid vasitəsilə ərizə verən və haqqında iş qaldırılan bazar subyekti, qanun pozuntusu əlamətləri, işə baxılmanın təyin edildiyi vaxt, yer və baxılan işin statusu barədə məlumat əldə edə bilər.
Qeyd edək ki, cədvəldə təqdim olunan məlumatlar mütəmadi olaraq yenilənəcək.