azia.az
azia.az

"Dövlətimizin mənə kömək etməyə gücü çatmır"- ŞİKAYƏT

15-02-2022, 16:59

"Dövlətimizin mənə kömək etməyə gücü çatmır"- ŞİKAYƏT
İmişli rayonu Xəlfəli kənd sakini Talıb Nurullayev kənd təsərrüfatı ilə məşğul olmaq üçün subsidiya ala blmədiyindən Kənd Təsərrüfatı Nazirliyindən şikayət edir.

"Mənim ərazisi 13 sot və 1 hektar 57 sotolmaqla iki torpaq sahəm var . Amma buna baxmayaraq dövlətdən subsidiya ala bilmirəm. Kənd Təsərfatırüfatı Nazirliyinə müraciət etmişəm. Səbəb kimi bu torpaqların həyətyanı sahə hesab edildiyi bildirilir. Mən tək deyiləm, mənim kimi bu kənddə çox insan var. Hər biri də mənim kimi əziyyət çəkir. Ümidim ancaq onadır ki, hər hansı xarici ölkənin səfirliyinə müraciət edim. Bəlkə onlar mənə yardım edərlər. Görünür dövlətimizin mənə kömək etməyə gücü çatmır", - deyə kənd sakini bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov isə bildirir ki, Talıb Nurullayevin iki torpaq sahəsi olsa da ona subsidiya düşmür.

"Talıb Nurullayevin 1,057 hektar olan ərazisi həyətyanı sahə hesab edilir. Qanunvericiliyə əsasən, həyətyanı sahələr zəbt edilmiş sahələr sayıldığına görə, orada aparılan əkin işləri üçün subsidya verilmir. Subsidya ancaq 13 sot olan torpağı üçün verilə bilər. Amma onun üçün də vətandaş həmin əkin sahəsini Kənd Təsərüfatı nazirliyinin İnformasiya Sistemində bəyan etməlidir. Həmin ərazidə hansı məhsulu əkdiyini bildirməlidir və subsidya almaq üçün elektron ərizə ilə müraciət etməlidir. Gələn il əkin aparanda həmin məhsulu bəyan edib subsidiya ala bilər. Vətandaşbu il verilən müddət bitəndən 40 gün sonra yəni fevralın 9-da bəyan edib. Qanunvericiliyə görə, dekabrın 30-dan sonra edilən müraciətlərə baxılmır", - deyə nazirlik rəsmisi məsələyə aydınlıq gətirdi.

Bununla yanaşı Hüseynov vətəndaşa malik olduğu sahənin mülkiyyət formasını dəyişərək çıxarış almağı, daha sonra həmin şıxarışı elektron sistemə daxil etməyi və 2023-cü ildə subsidiya üçün müraciət etməyi tövsiyyə etdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi