Hərbi Prokurorluğun 6 işçisi məsuliyyətə cəlb olundu
“Ötən il Hərbi Prokurorluğun bir neçə əməkdaşının xidmətində nöqsanlar aşkarlanıb”.
Bu sözləri Hərbi Prokuror Xanlar Vəliyev ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.
O qeyd edib ki, xidmətində nöqsanlar aşkarlanan 6 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.