azia.az
azia.az

Azərbaycanlı “qanuni oğru”nun istintaqı tamamlandı

2-01-2022, 23:22

Azərbaycanlı “qanuni oğru”nun istintaqı tamamlandı
Azərbaycanlı “qanuni oğru”nun istintaqı tamamlandı
“Rəşad Gəncinski” ləqəbli azərbaycanlı kriminal avtoritet Rəşad İsmayılovun cinayət işi üzrə Moskvada məhkəmə prosesi başlayır. virtualaz.org xəbər verir ki, “qanuni oğru”nun barəsindəki istintaq materialları dekabrın sonlarında Moskva şəhər Məhkəməsinə baxılmaq üçün təqdim edilib, lakin məhkəmə baxışının vaxtı hələlik təyin olunmayıb.
Azərbaycanlı “qanuni oğru”nun istintaqı tamamlandı
43 yaşlı R.İsmayılov kriminal iyerarxiyada yüksək mövqe tutmaqda və 12 il əvvəl törədilmiş qətllərdə ittiham olunur. Kriminal avtoritet onun işinə andlılar məhkəməsinin baxmasını istəməyib, görünür hesab edib ki, peşəkar hakimlər ona daha loyal yanaşa bilərlər.
İttiham aktına əsasən 2009-cu il mayın 13-də R.İsmayılov Moskvanın İzmaylovo şosesindəki kafenin qarşısında BMW X5 avtomobilində olan iki nəfəri güllələyib. Qurbanlara TT tapançasından və “Kalaşnikov” avtomatından cəmi 29 güllə vurulub. Habelə ittihamda deyilir ki, 2013-cü ildə “cinayət aləmində yüksək mövqe tutan şəxslərin yığıncağında” təqsirləndirilən şəxsə “qanuni oğru” statusu verilib. Bu status İsmayılova imkan verib ki, cinayət aləminin xəzinəsinə daxil olan pullar üzərində nəzarət həyata keçirsin, özündən aşağı statusda olanlara göstərişlər versin.

“Kommersant” qəzetinin yazdığına görə, R.İsmayılov ittihamları qəbul etmir və ümid edir ki, peşəkar hakim onun arqumentlərini dəyərləndirəcək.
R.İsmayılov 2018-ci ildə Minsk yaxınlığında iki tanışı ilə birlikdə həbs edilib və 10 il həbs cəzası alıb. Lakin 2020-ci ilin avqustunda onu həbsxanadan vaxtından əvvəl azad edərək Rusiyaya təhvil veriblər.

İttihamda deyilir ki, 2009-cu ilin yazında Gəncinski “qanuni oğru” statusu almağa can atırdı və “razborkalarda” fəal iştirak edirdi, Moskvanın meyvə-tərəvəz bazarlarına nəzarət uğrunda gedən kriminal müharibələrdə rol alırdı. Bu qarşıdurmada İsmayılov “Vaxa” ləqəbli azərbaycanlı kriminal avtoritet Baxış Əliyevi dəstəkləyirdi, onun güllələdiyi şəxslər - Məmmədəli Hüseynov və Qəşəm Verdiyev isə “Rövşən Lənkəranski”nin qruplaşmasına daxil idi. Həmin adamlar özləri də killer olublar və öldürülməzdən bir il əvvəl Bakıda “Vaxa”nın adamını güllələyiblər. “Vaxa” isə onlardan qisas almaq üçün R.İsmayılova həmin adamların qətlini tapşırıb.
Azərbaycanlı “qanuni oğru”nun istintaqı tamamlandıAzərbaycanlı “qanuni oğru”nun istintaqı tamamlandı
Amma məhkəmədə Rəşad İsmayılovun günahını sübut etmək elə də asan deyil. Çünki 12 il əvvəl baş vermiş cinayətin təşkilatçılarından heç biri sağ deyil. Həm “Rəşad Gəncinski”, həm onun güllələdiyi şəxslər Azərbaycandan Moskvaya meyvə-tərəvəzin topdan təchizatı uğrunda illərdir davam edən kriminal müharibələrin iştirakçıları idilər. Həmin müharibəni o vaxtlar “Vaxa” ləqəbli kriminal avtoritet Baxış Əliyevin, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevin və “Lotu Quli” ləqəbli Nadir Səlifovun qruplaşmaları aparırdı. Hazırda onların heç biri sağ deyil və Moskvada Azərbaycan pomidorunun satışına nəzarət uğrunda gedən müharibələrin nəticəsi olaraq həyatlarını itiriblər.
Qeyd edək ki, R.İsmayılovun güllələdiyi Hüseynov və Verdiyev 2007-ci ilin noyabrında Bakıda nüfuzlu biznesmen Raquf Verdiyevi güllələyiblər. Həmin Verdiyevi ki, Moskva regionuna Azərbaycandan meyvə-tərəvəz təchizatına nəzarət edirdi. Daxili İşlər Nazirliyinin həmin vaxt yaydığı məlumatında deyilir ki, 2007-ci il noyabrın 25-də, saat 17:40 radələrində Bakıda, Həsən Əliyev küçəsindəki “Tonqal” restoranının yaxınlığında Ağdam sakini olan Raquf Rüstəmov çoxsaylı güllə yaraları alıb, o xəstəxanaya çatdırılsa da orada keçinib. virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi