azia.az
azia.az

Qarabağdakı erməni sakin Azərbaycan əsgərlərinə sığındı

29-12-2021, 17:37

Qarabağdakı erməni sakin Azərbaycan əsgərlərinə sığındı
Erməni mediası bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşdırılan erməni sakinin itkin düşdüyü haqda məlumat yayıb.

Xankəndidə rus sülhməramlılarının arxasında gizlənərək, fəaliyyətlərini davam etdirməyə çalışan separatçı-terrorçu tör-töküntüləri keçmiş Əsgəran rayonunun Ayaslı kənd sakini, 1971-ci il təvəllüdlü Armen Verdyanın səhər saat – 7:30 radələrində itkin düşdüyü haqda məlumat aldıqlarını bildiriblər.

Bildirilib ki, Ayaslı kənd sakini Naxçıvanik istiqamətində "azıb” və Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib.


Onun itməsi barədə rus sülhməramlıları artıq məlumatlıdır.


Qeyd edək ki, Armen Verdyan adlı erməni əsilli şəxsin hansı peşənin sahibi olduğu, niyə o saatlarda yola çıxdığı və "azdığı” bildirilmir. Onun azaraq Azərbaycan əsgərinə sığındığı, yoxsa təxribatçı olduğunu Azərbaycan Ordusu müəyyənləşdirəcək. ///axar.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi