azia.az
azia.az

Oğru pulları oğurlamazdan əvvəl türk bayrağını öpüb alnına qoydu - VİDEO

25-12-2021, 21:33

Türkiyənin Bursa şəhərində bir şəxs oğurluq üçün girdiyi yerdə əvvəlcə seyfdən çıxan Türkiyə bayrağını öpüb, sonra isə pulları oğurlayıb.
Oğru pulları oğurlamazdan əvvəl türk bayrağını öpüb alnına qoydu - VİDEO
Novoye-vremya.com İHA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Gəmlik rayonunda baş verib.

Bir gənc girdiyi mağazanın seyfindən pul çantasını götürdükdən sonra siyirtmədə əlinə keçən Türkiyə bayrağını öpüb alnına qoyub.

Şübhəli daha sonra pulu götürərək yoxa çıxıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Polis hadisənin təfərrüatlarını araşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi