azia.az
azia.az

Alimentdən yayınma ilə bağlı neçə müraciət daxil olub?

22-12-2021, 15:00

Alimentdən yayınma ilə bağlı neçə müraciət daxil olub?
Alimentin ödənilməməsi faktı ilə bağlı bu il 379 müraciət daxil olub, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aliment ödənişinin həyata keçirilməsi Ədliyyə Nazirliyinin İcra və Probasiya idarələri tərəfindən həyata keçirilir.

Bu baxımdan Komitəyə daxil olan alimentin ödənilməməsi ilə bağlı müraciətlər aidiyyəti üzrə tədbir görülməsi üçün Ədliyyə Nazirliyinə ünvanlandırılır.

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova dekabrın 16-da "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda feysbukda keçirilən canlı yayımda bildirib ki, ilk yarım il üçün təxminən 3 mindən çox şəxs aliment ödəmədiyi üçün axtarışa verilib.

O vurğulayıb ki, aliment işlərinin icrasında çətinlik törədən nüanslardan biri də borcluların xarici ölkələrdə yaşamasıdır.

Həmçinin Əhmədova deyib ki, aliment işlərində uşaqların sayı 160 mindən çoxdur. Onun sözlərinə görə, 2009-cu ildə alimentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub.

"Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son il yarım ərzində 130 milyon manatdan çox aliment tələbkarlara ödənilib”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi