Prezidentin təhsil fərmanında niyə Xankəndinin adı yoxdur? (AÇIQLAMA)
"İnsanlar bəzən Xankəndini ayrıca rayon olaraq gördüklərindən belə anlaşılmazlıq yaranıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin imzaladığı Regional Təhsil İdarələri barədə fərmanda Qarabağ Regional Təhsil İdarəsinə daxil olan ərazilər arasında Xankəndinin adının yer almadığı barədə sosial şəbəkələrdə yaşanan narahatlığa aydınlıq gətirərkən deyib:
"Ümumiyyətlə, qeyd edim ki, fərmanın 1.4-cü bəndində Xankəndinin adı keçir. Ağcəbədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocəvənd, Şuşa və Tərtər olmaqla Qarabağ Regional Təhsil İdarəsi yaradılıb. Xankəndinin isə adı Xocalı rayonunun tərkibində keçir. Belə ki, Xankəndi Xocalı rayonunun tabeliyindədir. Yəni verilən fərman heç də Xankəndinin prosesdən kənarda qalması kimi başa düşülməməlidir”.