azia.az
azia.az

2022-ci ilin qeyri-iş günləri təsdiqləndi - CƏDVƏL

17-12-2021, 20:33


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2022-ci ilin qeyri-iş günləri təsdiqləndi - CƏDVƏL
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar– Yeni il bayramı;

20 yanvar – Ümumxalq Hüzn günü;

8 mart– Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

9 may – Faşizm üzərində Qələbə günü;

2, 3 may – Ramazan bayramı;

28 may – Müstəqillik Günü

15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

9, 10 iyul 8 noyabr –

Qurban bayramı;

Zəfər Günü;

9 noyabr



Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr



Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında da yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi