Bu rayon xəstəxanasının direktoru işdən çıxarıldı
Ağdam Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru işdən çıxarılıb./
Baş həkim Elxan Sədrəddin oğlu Ələsgərov vəzifəsindən azad olunub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) APA-ya bildirilib ki, Elxan Ələsgərovun direktor kimi fəaliyyətinə müqavilə müddətinin bitməsi ilə bağlı xitam verilib.
Hələlik bu vəzifəyə təyinat olmayıb.