azia.az
azia.az

Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV

17-12-2021, 08:52


Aprel ayında Bakıda yerləşən dəbdəbəli "Böyük Saray" şadlıq evində Milli Məclisin 2 deputatı övladına toy edəcək.
Ziyafət Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı dəyişdi — EKSKLÜZİV

Xəbər verilir ki, aprelin 5-də sözügedən şadlıq sarayında Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Orxan Məmmədovun toy mərasimi olacaq.
Orxan bəy Gülşən adlı xanımla ailə həyatı qurur.
Aprelin 12-də isə "Böyük Saray" şadlıq evində Milli Məclis sədrinin Birinci müavini Ziyafət Əsgərovun qızı Aytən Əsgərovanın da toy mərasimi keçiriləcək.


Aytən xanım isə Ceyhun adlı bəylə ailə həyatı qurur.



Hər iki bəylə gəlini Allah xoşbəxt etsin!


Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı Birinci vitse-spiker Ziyafət Əsgərov elan edib ki, Parlamentin növbəti iclası aprelin 9-da keçiriləcək.


Xatırladaq ki, Milli Məclisin növbəti plenar iclasının aprelin 12-də keçirilməsi nəzərdə tutulurdu. İclas Ziyafət Əsgərovun qızının toy gününə təsadüf etdiyi üçün Milli Məclisin növbəti plenar iclasının vaxtının ertələndiyi ehtimal edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi