Milli Məclisin mətbuat katibi vəzifəsindən azad olundu
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev (Ceyhun Əli) vəzifəsindən azad edilib.
Musavat.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.
S.Qafarovanın imzaladığı digər əmrlə həmin vəzifəyə Mehman Qayıbov təyin olunub. M.Qayıbov daha əvvəl Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.