azia.az
azia.az

DİLDƏ "QUL" gerçəkdə "OLİQARX" OLAN MÜAVİNİN İMPERİYASI - İLGİNC FAKTLAR

5-12-2021, 10:25

DİLDƏ "QUL"  gerçəkdə "OLİQARX" OLAN MÜAVİNİN İMPERİYASI - İLGİNC FAKTLAR
DİLDƏ "QUL" gerçəkdə "OLİQARX" OLAN MÜAVİNİN İMPERİYASI - İLGİNC FAKTLAR
"Mən ömrümün sonunadək Prezidentimizin quluyam" deyən keçmiş nazir müavini İsmayıl İsmayılov əslində Kəmaləddin Heydərovun müasir politoloji dildə desək, kadrıdır. İsmayıl İsmayılovun oğlu Elvin İsmayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir.

PİA.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O, əvvəllər "QƏBƏLƏ ATICILIQ KLUBU" MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan "GİLAN İNŞAAT" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "QƏBƏLƏ SPORT STORE" MMC-yə rəhbərlik edir. "QƏBƏLƏ SPORT STORE" idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb. İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "CORE CONSTRUCTİON" (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər. "CORE CONSTRUCTİON" yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus Avropa-Azərbaycan Məktəbini inşa edib. “Avropa Azərbaycan Məktəbi” təhsil kompleksi” məhdud məsuliyyətli cəmiyyəti 2011-ci ildə Francesco Banchini adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib. "Core Construction”" həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, Ağdaş biyan zavodunun tikintisini həyata keçirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi