Qarabağla bağlı İşçi Qrupu fəaliyyətini bərpa etdi
Qarabağ üzrə üçtərəfli İşçi Qrupu işini bərpa edib.
Azia.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun fəaliyyətini yenidən bərpa ediblər:
"Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və 11 yanvar üçtərəfli Bəyanatı çərçivəsində görülən işlərin gedişatını müzakirə ediblər".