Səfər Mehdiyevdən xalqa düşmənçilik - Gömrük dərmanların qiymətini necə şişirdir?
“Azərbaycan hökumətinin gömrük siyasətini illərdir tənqid edirik, amma faydasızdır, siyasətin fəlsəfəsi dəyişmir. Gömrüyün əsas vəzifəsi, fəlsəfəsi daxili istehsalçıları qorumaq, daxili istehsalı stimullaşdırmaqdır – bir daha, əsas vəzifəsi budur, yerdə qalan bu vəzifəni yerinə yetirmək üçün atılan yan addımlardır”.
Bizimxeber.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli açıqlayıb.
Onun sözlərinə görə, ölkədə yerli istehsalı olmayan və ya çox cüzi olan mal və məhsullara 15% gömrük rüsumu və 18% ƏDV tədbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir.
“Dərman pereparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dəramanlara rüsum və vergi tədbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir.
Bu mövzuya yenidən nədən toxundum?! Bu gün rəsmi məlumat yayıblar ki, ölkədə əczaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin ey dövrünə görə artım 90,2% təşkil edir.
Az qala sevinmişdim, məsələni araşdırmaya başladım ki, hər şey aydən oldu: Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 mln. manatlıq əzcaçılıq məhsulları istehsal edilib, tərkibi də əsasən nədir?! Bəli, düz tapdız, tibbi maska və dezinfeksiya üçün tibbi spirt – vəssalam.
Bəs yaxşı ölkədə bu ilin 10 ayında nə qədər əzcaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əzcaçılıq məhsullarının satışı 36,3% artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 mln. manatlıq əzcaçılıq məhsulları satılıb, bunun cəmi 8 mln. manatını özümüz istehsal etmişik, 750 mln. manatını isə xaricdən almışıq və əzcaçılıq məhsullarının qiymətində, azı 35% rüsum-vergi var.
Yəni, bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik. Dövlət hökumət niyə rüsum-vergi yığır?!
Bəli, vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukruru yeniləmək, vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35% rüsum-vergi niyə ödəsin ki?!
Səhiyyə xərclərini azaldın, zatən qeyti-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın – vəssalam. Niyə sağ qulağı sol əllə qaşımağa davam edirsiniz ki?!
Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətandaş əlavə 200 mln. manata yaxın ödəyib, bunu ödəməsin, siz də səhiyyə xərcində 200 mln. manat azaldın – zatən vətəndaşdan topladığınız vergini vətəndaşa hesabat verərək xərcləmirsiniz, heç olmasa vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın.
Daha açıq desəm, neftən gələn gəlirləri büdcəyə tranfert edib xərcləyin, Dövlətin ehtiyaclarını ordan qarşılayın, amma gömrük-vergi güzəştləri ilə cibimizə ziyan vurmayın, nə zaman bizim ödədiyimiz rüsum-vergilərin xərclənməsi ilə bağlı bizə şəffaf məlumat verəcəksiniz, Parlamentin buna nəzarət etmək imkanı olacaq, o zaman danışarıq…”