azia.az
azia.az

Bakıda yolu kəsən "nazir qızı" cərimələndi- FOTO

18-11-2021, 20:28


Bakıda yolu kəsən "nazir qızı" cərimələndi- FOTO
Bakıda yolu kəsən "nazir qızı" cərimələndi- FOTO
Bakıda yolu kəsən xanım sürücü cərimələnib.



Xəbər verilir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən "avtosfer.az”a məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, 90-LM-475 qeydiyyat nişanlı "Ford” markalı avtomobilin sürücüsü Nərimanov rayonu Azadlıq prospektində səkidə parklanma qaydasını pozaraq hərəkət iştirakçılarının yolunu kəsdiyi üçün barəsində tədbir görülüb. Sürücü Vəkilova Təranə Rafael qızı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimələnib.




Xatırladaq ki, yolu kəsdiyinə görə özünə haqq qazandıran Təranə Vəkilova "mən o binanın sakiniyəm, yerimdə kimsə saxlayanda belə edirəm, nazir qızı olmuşam”, - deyib.



Məlumata görə qaydaları pozan Təranə Vəkilova Azərbaycanın görkəmli şairi Səməd Vurğunun nəvəsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi