azia.az
azia.az

Evinə gələn adamı öldürən qadın - "Mənimlə yatmaq istədi, öldürdüm" - VİDEO

18-11-2021, 09:21

Evinə gələn adamı öldürən qadın - "Mənimlə yatmaq istədi, öldürdüm" - VİDEO
İzmirdə evinə qanunsuz soxulan Serkan Aydın adlı şəxsi bıçaqlayaraq öldürən Esra Uçağın prokurorluğa verdiyi ifadə şok effekti doğurub.

Azia.az türk mediasına istinadən xəbər verir ki, qadın əvvəl tanışlıqları olan şəxsin evinə gələrək onunla olmaq istədiyini deyib. Lakin qadın evli olduğunu deyib. Bu zaman həmin şəxs onun qızlarını da təhdid edib. Bu zaman 3 uşaq anası qarşıdurma zamanı Serkan Aydını bıçaqla yaralayıb. Evdən gələn səsləri eşidən qonşular vəziyyəti polisə xəbər verib. Hadisə yerinə gəln polis Serkan Aydının öldüyünü müəyyən edib.

Esra Uçaqın həyat yoldaşı Kamran isə sözügedən hadisələrlə bağlı xəbərinin olmadığını, arvadının nə ona, nə də övladlarına zərər gəlməsin deyə ona heç nə demədiyini bildirib. Həyat yoldaşının ona "alnım açıqdır, namusumu qorumaq üçün nə etdimsə etdim" dediyini ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi