azia.az
azia.az

Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət etdi

10-11-2021, 14:52

Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət etdi
Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət edib.

Qurumun Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

"Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoda saxta diplomlarla bağlı vətəndaşlara müraciət edilib", - Mətbuat Xidmətindən bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi