azia.az
azia.az

DİN-dən vətəndaşlara MÜRACİƏT

9-04-2016, 15:31

DİN-dən vətəndaşlara MÜRACİƏT Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün nazirliyin mövcud "Elektron Ödənişlər Sistemi"ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.

Həmçinin Baş Dövlət Yol Pol İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.azvə https://e-payment.mia.gov.az linklərinə daxil ola bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi