Rusiya Müdafiə Nazirliyidən şok təxribat: Azərbaycan hərbçiləri 4 ermənini güllələyib
Şuşa ətrafında mayın 8-də ermənilərin təxribat həyata keçirdiyi barədə xəbər vermişdik. Alp.az xəbər verir ki, bu dəfə Rusiya Müdafiə Nazirliyi ermənilərə dəstək verən şok məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı bülletendə noyabrın 8-də Şuşa rayonu yaxınlığında 4 erməninin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması, nəticədə 3 nəfərin yaralanması, 1 nəfərin həlak olması barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı gündəlik bülletenində deyilir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə insidentlə bağlı araşdırma aparır.
Rusiya Müdafiə Nazirliyi atəş nəticəsində 22 yaşlı Martik Yeremyan öldüyünü bildirib. Bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyi ermənilərə tərəf olduqlarını bəyan edir.