azia.az
azia.az

Rusiya hərbçiləri Xankəndindən 100 erməni gənci topladı

17-10-2021, 22:56

Rusiya hərbçiləri Xankəndindən 100 erməni gənci topladı
Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşdirilmiş Rusiyahıh sülhməramlı missiyasının hərbçiləri müxtəlif adlar altında bölgədəki ermənilərə hərbi xarakterli təlimlər keçməkdə davam edirlər.

Azia.az xəbər verir ki, ötən gün rus hərbçiləri mülki müdafiə adı altında keçirdikləri təlimlərə 100-dən çox erməni məktəbli və gəncini cəlb ediblər.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinin Humanitar Müdaxilə Mərkəzinin hərbçiləri Stepanakertdəki Xaçatur Abovyan adına məktəbdə sülh və təhlükəsizlik dərsləri keçiblər: "100-dən çox məktəbli interaktiv dərslərdə iştirak etdi. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri Böyük Vətən Müharibəsi tarixinə qısa bir ekskursiya etdilər".

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Zadorojnı bildirib ki, "təlimlərin əvvəlində gənclərə cəsarət, sülh dərsləri, qəhrəmanlğa həsr olunmuş dərslər keçirilir".Turkustan.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi