azia.az
azia.az

“O bilir ki, həbsxanada başına nə oyun gətirəcəklər, onun cəsədi də torpağa haramdır”

4-11-2021, 07:55

“O bilir ki, həbsxanada başına nə oyun gətirəcəklər, onun cəsədi də torpağa haramdır”
“Ən böyük suç, günah həyatın özündə, yaradanın yazdığı qismətdədir. Qisməti yazır, sonra da deyir ki, çək. Bu əslində bir millətin, millətimin faciəsidir. Bu ilk və son hadisə deyil, nə qədər uşaq zorlanır! Bu həqiqətən də ildən-ilə xərçəng xəstəliyi kimi yayılır. Buna nə insan, nə də vətəndaş demək olar! Bir insanı, uşağı mənəvi və fiziki şikəst edən bir şərəfsizə millət olaraq binamusluğu ona keçmərik”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Flora Kərimova 11 yaşlı qızın atalığı tərəfindən hamilə qalmasına münasibət bildirərkən deyib. O daha sonra əlavə edib.

“O vaxtları belə bir qanun var idi. Belə şeylərə görə həbsxanaya kimsə düşəndə həmin şəxsin başına özü kimlərinsə başına açdığı hərəkəti gətirirdilər. Sonra o şəxs zorakılığa dözmür, ya onu öldürürlər, ya da özü ölür. Təbabətdə belə bir an var, hər şey yaddan çıxır, insan hisslərini cilovlaya bilmir. Özü bilərəkdən ehtirasını boğa bilmir, ağlını itirir. Bu namus, qeyrət məsələsidir. O bilir ki, həbsxanada onun başına nə oyun gətirəcəklər. Görəcəyi günlər hələ qarşıdadır! Həmin insanların cəsədi belə bu torpağa haramdır” deyə xalq artisti bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi