azia.az
azia.az

Şəhriyarla Oksana evli imiş

3-11-2021, 08:11

Şəhriyarla Oksana evli imiş
Aparıcı Şəhriyar Əbilov Roza Zərgərlinin aparıcısı olduğu verilişdə etirafı ilə hər kəsi şok edib.

OLAY yazır ki, Şəhriyar Oksana Rəsulova ilə üç ildir evli olduğunu açıqlayıb:

"Bu söhbətə son qoymaq istəyirəm. Nə vaxtsa başqa verilişdə danışmaq istəmirəm. Nəyisə gizlətmək lazım deyil. Real həyatdır, biz gizlənqaç oynamırıq. Oksana ilə 15 ildən çoxdur ki, dostuq. Hər zaman dost münasibətimiz olub. Lakin sabah nə olacağını bilmirik. Zaman keçdi, "Lal yuxu" serialına çəkildik. Onda bizdə bir-birimizə qarşı hisslər yarandı. Artıq dörd ildir evliyik. Mənim üç yaşında oğlum var. Onunla nəfəs alıram. Artıq insanların sual verməsini, hərənin bir söz deməyini xoşlamıram. Hər kəs öz həyatını yaşayır. İnsan xoşbəxtdirsə, ruhuna yaxın dostun, sirdaşın yanındadırsa, yaradıcı bir övladın varsa, gözəldir. Bundan gözəl nə ola bilər? Vallah, yorulmuşam. Artıq gizlətmək istəmirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi