azia.az
azia.az

PORNOSAYTDA texniki xəta: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI

29-10-2021, 09:52


Amerikanın məşhur pornoqrafik saytlarından olan “luscious”un texniki heyəti kibertəhlükəsizlik baxımından böyük səhvə yol verib.
PORNOSAYTDA texniki xəta: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI
Xəbər verilir ki, yaranmış texniki xəta 1,2 milyon istifadəçinin, o cümlədən 40 min fransızın şəxsi məlumatlarının aşkar edilərək sosial şəbəkələrdə yayılmasına səbəb olub.

Məlumata görə, istifadəçilərin adları, e-mail poçt şifrələri, yaşadığı ünvanlar açıq-aydın üzə çıxıb.

Səhvi aşkar edən “vpnMentor” şirkətinin ixtisaslaşmış tədqiqatçıları “.fr” domeni ilə bitən 13 min elektron ünvanı müəyyən edib. Hətta bəzi istifadəçilərin iş e-mail poçtu vasitəsilə qeydiyyatdan keçərək pornosayta üzv olduqları məlum olub.

Lakin qarşı tərəf iddia edir ki, heç bir parolun sızmasından söhbət gedə bilməz. Yaranmış texniki xəta 4 gün sonra bərpa edilib. lent.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi