azia.az
azia.az

DİN-dən şəhid polkovnikin adına pul yığanlarla bağlı AÇIQLAMA

27-10-2021, 15:14

DİN-dən şəhid polkovnikin adına pul yığanlarla bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, saxta səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında sözügedən məsələdən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı araşdırma aparılır.

Babək Səmidli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşərək şəhid olub. Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi