azia.az
azia.az

Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO

26-10-2021, 11:55

Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO
Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı olub.

Azia.az bildirir ki, "40-ı çıxsın çimizdirərik” düşüncəsi azyaşlının dərisinə ciddi ziyan vurub. Bu barədə pediatr Günay Rəsulova paylaşım edib.

Səs-küyə səbəb olan paylaşımda mütəxəssis qeyd edib ki, körpələrin dərisini bu hala salmaq doğru deyil.

"Göbəyi düşəndən sonra körpə dərisinə tez- tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır. Körpə dərisi qurumağa, qabıqlanmağa meylli olduğu üçün də daimi nəmləndirmə, xüsusilə də çiməndən sonra nəmləndirici krem istifadəsi vacibdir. Bu körpəmizin dərisi həm də infeksiyalaşmışdı”.

Pediatrın sözlərinə görə, sözügedən azyaşlı müalicədən 1 həftə sonra tamamən düzəlib.

Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO
Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO
Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi